DÇ-2026 üçün namizədlər təsdiqləndi

DÇ-2026 üçün namizədlər təsdiqləndi

FİFA 2026-cı il dünya çempionatını keçirmək üçün 2 ərizəni təsdiqləyib.
FİFA Şurasının Moskvada keçirilən iclasının qərarına əsasən ABŞ-Meksika-Kanada üçlüyünün birgə və Mərakeşin fərdi namizədliyi qeydə alınıb.
Qurumun prezidenti Canni İnfantino bildirib ki, namizədliyin irəli sürülməsi prosesində pozuntu qeydə alınmayıb. DÇ-2026 uğrunda mübarizənin qalibi iyunun 13-də Moskvadakı Konqresdə açıqlanacaq.
Qeyd edək ki, DÇ-2026-nın final mərhələsində ilk dəfə 48 ölkə iştirak edəcək.