“Ferrari” komandasının pilotu qalib olub

“Ferrari” komandasının pilotu qalib olub

Formula 1 üzrə Kanada Qran-Prisinə yekun vurulub. "Ferrari” komandasının almaniyalı pilotu Sebastyan Fettel qalib adını qazanıb. Finlandiyalı Valtteri Bottas ("Mercedes”) ikinci, "Red Bull” komandasının hollandiyalı pilotu Mark Ferstappen isə üçüncü yerin sahibi olub.
Karyerasında 50-ci qələbəni qazanan S.Fettel "Mersedes” komandasının britaniyalı pilotu Luis Hemiltonu ümumi hesabda qabaqlayıb.
Qeyd edək ki, növbəti Qran-Pri Fransada iyunun 22-24-də keçiriləcək.