Prezidentlə görüşdüyü üçün fitə basılıb

 Prezidentlə görüşdüyü üçün fitə basılıb

Almaniya millisi 2018-ci il futbol üzrə dünya çempionatına hazırlıq çərçivəsində Səudiyyə Ərəbistanı ilə yoldaşlıq oyununa çıxıb. Oyun zamanı Almaniya millisinin futbolçusu İlkay Gündoğan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdüyü üçün fitə basılıb.
Məlumata əsasən, 57-ci dəqiqədə meydana çıxan türk əsilli futbolçu hər dəfə topa yiyələndikdə, bu hal təkrarlanıb.
Qeyd edək ki, oyunçusunun tərəfini tutan Yoahim Löv isə azarkeşlərin yanına gedərək bunu dayandırmağı tələb edib.