
X
əbər verdiyimiz kimi, iyunun 14-də dünyanın diqqəti Rusiyaya yönələcək. Belə ki, həmin gün bütün futbolsevərlərin həyəcanla gözlədiyi 21-ci dünya çempionatı start götürəcək. 1 ay davam edəcək futbol bayramını 3 milyarddan artıq futbolsevər izləyəcək. Tarixdə ilk dəfə Şərqi Avropada təşkil olunacaq çempionatda 32 komanda 11 şəhərin 12 stadionunda ən güclünü müəyyənləşdirəcək.
Milli Olimpiya Komitəsinin mətbu orqanı olan «Olimpiya dünyası» qəzeti növbəti sayında çoxsaylı oxucuların marağını nəzərə alaraq DÇ-2018-ə həsr olunmuş xüsusi buraxlışla oxucuların görüşünə gəlir. Xüsusi buraxılışda dünya çempionatına həsr olunmuş statistik rəqəmlər, oyunların təqvimi, iştirakçı komandalar haqqında məlumatlar ətraflı şəkildə qeyd olunacaq. Çempionatın keçirildiyi günlərdə isə matçların qısa icmalı və oyunlardan sonra baş verən maraqlı hadisələr haqqında məlumat ala bilərsiniz.
Qeyd edək ki, «Olimpiya dünyası» qəzetinin DÇ-2018-ə həsr olunmuş xüsusi buraxılışı sabah satışda olacaq.