“Zirə” 6 yoxlama oyunu keçirəcək

“Zirə” 6 yoxlama oyunu keçirəcək

Növbəti mövsümə hazırlaşan "Zirə” komandası iyunun 22-də Bakıda toplaşacaq. Hazırlığın ilk mərhələsi - iyulun 15-dək davam edəcək toplanışda iki yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Bakı təmsilçisi iyulun 7-də əvəzedicilər, 14-də isə "Sabah”la qarşılaşacaq. İyulun 16-da istirahətə buraxılacaq "Zirə” 1 gün sonra Türkiyənin Bolu şəhərinə yola düşəcək.
İyulun 29-dək qonşu ölkədə məskunlaşacaq "qartallar” 4 yoxlama matçı keçirəcəklər. Qarşılaşmaların iyulun 18-də, 21-də, 24-də və 28-də keçirilməsi nəzərdə tutulub.