Çingiz Hüseynzadə: “Misir yığmasına azarkeşlik edəcəm”

Çingiz Hüseynzadə: “Misir yığmasına azarkeşlik edəcəm”

Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının 2 gündən sonra açılışı olacaq və yarışlara start veriləcək. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə dünyanın diqqət məşkəzinə çevriləcək çempionat barədə fikirlərini olimpnews.az saytına açıqlayıb: "Futbolu çox sevirəm. Gəncliyimdə həyatımı futbolsuz təsəvvür etmirdim. Sevdiyim, oyununu bəyəndiyim futbolçular isə barmaqla sayıla biləcək qədərdir”. Vitse-prezident azarkeşi olduğu komandaya da toxunub: "Məhz Məhəmməd Salaha görə Misir yığmasına azarkeşlik edəcəm”.