Almaniyalı futbol azarkeşi 2018-ci il dünya çempionatı üçün Rusiyaya traktorla gəlir. Şahidlərin 70 yaş verdiyi fanat Belarus ərazisində görünüb. O, təkərli evin qoşulduğu qeyri-adi nəqliyyat vasitəsi ilə Moskvaya hərəkət edir.
Qeyd edək ki, dünya çempionatının oyunları iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində keçiriləcək. F qrupunda yer alan Almaniya millisi iyunun 17-də Moskvada Meksika, iyunun 23-də Soçidə İsveç, iyunun 27-də isə Kazanda Cənubi Koreya yığması ilə qarşılaşacaq.
