Rəşad Eyubov "Neftçi"də

Rəşad Eyubov "Neftçi"də

"Neftçi” PFK daha bir transferini rəsmiləşdirib. Komanda Rəşad Eyubovla 1 illik müqavilə imzalayıb. 25 yaşlı yarımmüdafiəçi "ağ-qaralar”ın heyətində 4 nömrəli formanı geyinəcək.
O, ötən mövsümü "Sumqayıt” klubunun heyətində keçirib və 28 oyunda 4 qol vurub. O, karyerası ərzində Ukraynanın "Çernomorets” və "Metallurq” klubları ilə yanaşı, ölkəmizdə "Simurq”, "Xəzər Lənkəran”, "Kəpəz” və "Qəbələ”də də çıxış edib.