Boks idman növü 2015-ci ildə Bakıda təşkil olunacaq birinci Avropa Oyunlarının proqramına daxil edilib. Bu qərar Beynəlxalq Boks Federasiyasının (AİBA) İcraiyyə Komitəsinin Qazaxıstanda keçirilmiş iclasında qərara alınıb. Artıq bu barədə Avropa Olimpiya Komitəsinə (AOK) müraciət qəbul olunub.Qeyd edək ki, keçən ay Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikke AOK-un Əlaqələndirmə Komissiyasının Bakıda keçirilmiş iclasında boks idmanın növünün Avropa Oyunlarının siyahısına salınması ilə bağlı müzakirələrin aparıldığını diqqətə çatdırmışdı.