Ağasəlim Mircavadov: “Favorit Braziliya millisidi”

 Ağasəlim Mircavadov: “Favorit Braziliya millisidi”
 
Bu günlərdə bütün fotbolsevərlərin diqqəti Rusiyaya yönəlib. Bir gündən sonra Şimal qonşumuz futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək. Təxminən bir ay davam edəcək mundialda 32 komanda çempion adı uğrunda mübarizə aparacaq. Təcrübəli futbol mütəxəssisi, Əməkdar məşqçi Ağasəlim Mircavadov çempionatla bağlı fikrini olimpnews.az saytına bildirib: "Düşünürəm ki, favorit Braziliya millisidi. Həmin komandanın hər xətdə lider oyunçuları var. Bu əsas şərtdir. Almaniya da qalib ola bilər. Ancaq İspaniya üçün çətin olacaq. Çünki Ispaniya yığmasında hücum problemləri var. Baxmayaraq ki, İngiltərə "yaşıl meydan"larda öz dəsti-xəttinə malikdir amma onun da çempionluğuna inanmıram. İngiltərə millisi son vaxtlar çox oyun keçirib. Onlarda fiziki yorğunluq hiss oluna bilər. Bu nüansları nəzərə alaraq deyirəm ki, Braziliya 2002-ci ildə yaşadığı sevinci yenə yaşaya bilər."