Çingiz İsmayllov: “Bu dəfə dünya çempionatı daha maraqlı olacaq”

Çingiz İsmayllov: “Bu dəfə dünya çempionatı daha maraqlı olacaq”
Rusiyada təşkil olunacaq futbol üzrə dünya çempionatı 
ilə bağlı veteran futbolçu Çingiz İsmayllov olimpnews.az saytına fikrini bildirib: "İlk növbədə onu deyim ki, əvvəlkilərə nisbətən bu dəfə dünya çempionatı daha maraqlı olacaq. Çünki heyətlər yenilənir, taktikalar dəyişir. Gözlənilməzliklər çox olacaq. Məncə, Almaniya, İspaniya və Braziliya milliləri çempionluğa əsas namizəddirlər. Belçika isə sürpriz komandadır. Əslində Belçika demək olar ki, potensial baxımdan adını çəkdiyim digər yığmalardan heç də geri qalmır. Sadəcə əvvəlki illərdə Belçikadan fərqli olaraq, Almaniya, Braziliya və İspaniyanın mundialda qalib olmaları faktı istər-istəməz elə fikir yaradır ki, Belçika onlardan zəifdir. Lakin bu, heç də belə deyil. Necə deyərlər, meydan düz, top yumrudur. Hansı komanda layiqdirsə o da çempion olacaq."