Açılış oyununu argentinalı hakimlər idarə edəcək

Açılış oyununu argentinalı hakimlər idarə edəcək

DÇ-2018-in açılış günü keçiriləcək Rusiya – Səudiyyə Ərəbistanı oyununu argentinalı hakimlər briqadası idarə edəcək. Baş hakim Nestor Pitana yan xətlərdə Xuan Pablo Belyati, Ernan Maydana kömək edəcəklər. Dördüncü hakim braziliyalı Sandro Riççi olacaq.
Moskvanın "Lujniki" stadionunda keçiriləcək oyun iyunun 14-də, saat 19:00-da başlayacaq.