FİFA:2018-in bu gün keçiriləcək Rusiya – Səudiyyə Ərəbistanı oyunu barədə "Mançester Yunaytet” komandasının baş məşqçisi Joze Mourinyo fikrini bildirib: "Rusiya yığması güclü təzyiq nümayiş etdirəcək. Çünki komanda mundialın ilk oyununda meydana çıxacaq və ona dünya baxacaq. Bu mənada rəqibin heyətində bəzi istedadlı futbolçuların olduğuna baxmayaraq, Rusiya yığması qalib gəlməlidi”.