Bu gün başlayacaq dünya çempionatının oyunlarına proqnoz vermək üçün ruslar pişik seçiblər. Axilles adı qoyulan heyvan bugünkü qarşılaşma ilə bağlı proqnozunu verib. Pişik yemi olan iki qabın yanına Rusiya və Səudiyyə Ərəbistanı bayrağı qoyulub. Axilles isə Rusiya bayrağının yanındakı qaba yaxınlaşıb. Bununla o, rusların qalib gələcəyini proqnoz verib.