Türkiyə futbolunda FETÖ terror təşkilatı ilə bağlı araşdırma yekunlaşıb. Bu məsələdə ilə əlaqədə "ay ulduzlular"ın sabiq futbolçuları Bekir İrtegün, Zafer Biryol, Uğur Boral, Ömer Çatkıç, Ersin Güreler və İsmail Şengün şübhəli bilinirdi.Adları çəkilən futbolçulara terrora dəstək maddəsi ilə 15-22.5 il müddətinə həbs cəzası istənilib.
"Fənərbaxça”nın eks futbolçusu Bekir İrtegün telefonunda gizli mesajlaşma proqramı "ByLock" istifadə etdiyini, Fetullah Gülenlə 2007-ci ildə tanış olduğunu etiraf edib.