Putin Çerçesovu mətbuat konfransında təbrik etdi

Putin Çerçesovu mətbuat konfransında təbrik etdi

Rusiya prezidenti Vladimir Putin millinin baş məşqçisi Stanislav Çerçesova Səudiyyə Ərəbistanı ilə qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransı zamanı zəng vurub. İlk qələbə münasibəti ilə baş məşqçini və komandanı təbrik edən prezident növbəti oyunlarda uğurlar arzulayıb.
Qeyd edək ki, Rusiya dünya çempionatının açılış matçında Səudiyyə Ərəbistanını 5:0 hesabı ilə məğlub edib.