"Sankt-Peterburq” stadionunda Mərakeş komandası İran yığması ilə qarşılaşıb. Oyunu türkiyəli hakim Cüneyt Çakır idarə edib.
Mərakeş millisinin start heyətində Munir El-Kajui, Mehdi Benatiya, Romen Saiss, Əşrəf Həkimi, Kərim Əl-Əhmədi, Həkim Ziyex, Amin Arit, Mbark Bussafa, Nurəddin Abrabat, Yunes Belanda və Ayub Əl-Kabi yer alıblar.
İran yığmasının ilk on birliyində Əli Beyranvand, Ruzbex Ceşmi, Monteza Purliqanjı, Ramin Reza, Ehsan Həcsəfi, Omid İbrahimi, Kərim Ansarifard, Sərdar Azmun, Vahid Əmiri, Məsud Şodjai, Əlireza Caxanbaxş meydana çıxıblar. Oyunun ikinci hissəsinin əsas vaxtın bitməsinə bir dəqiqə qalmış avtoqol qeydə alınıb. B.Əziz topu öz qapısından keçirib.
Beləliklə, İran millisi mundialda ilk qələbəsini qazanıb.