“Şüvəlan” III Heydər Əliyev Kubokunu qazanıb

“Şüvəlan” III Heydər Əliyev Kubokunu qazanıb

Naxçıvan Muxtar Respublikasında keçirilən III Heydər Əliyev Kubokuna yekun vuruldu. 12 iyunda başlanıb 15 iyun Qurtuluş günündə başa çatan yarışın qalibi "Şüvəlan” oldu. Ötən mövsümdə I Divizionun bürünc medallarını əldə edən "Şüvəlan” Heydər Əliyev Kubokunda bütün rəqiblərindən çox, 7 xal qazandı. Bununla da gənc Aqil Nəbiyevin komandası turnirin qızıl medallarına və kubokuna sahib çıxdı. Yarışda 2-ci yeri yerli "Araz Naxçıvan” tutdu. Bürünc medallara isə "Zaqatala” yiyələndi.