Dünyanın ən güclü klublarının reytinq siyahısı açıqlanıb. Azərbaycanın 4 komandasının olduğu siyahıda ən yüksək reytinq yenə "Qarabağ”dadı. Hesabında 1169 xal olan komandamız dünyanın 526-cı komandasıdı. "Qarabağ” son siyahı ilə müqayisədə mövqeyini qoruyub.
368 xala malik "Keşlə” 1 pillə geriləyərək 717-ci yerdə qərarlaşıb. "Qəbələ” isə 1 pillə irəliləyərək 255 xalla 747-ci yerdədi. "Zirə”nin isə 217 xalı var və planetin 774-cüsüdü.
Siyahıya bu komandalar liderlik edir: "Real” (İspaniya), "Barselona” (İspaniya), "Qremio” (Braziliya).