Hazırda həbsdə olan Braziliyanın sabiq prezidenti Luis İnasiu Lula da Silva ölkəsinin milli komandasının oyununu türmədə izləyəcək. Bununla yanaşı 12 il müddətinə azadlıqdan məhrum edilən keçmiş dövlət başçısı yerli TVT kanalı üçün şərhlər də verəcək.Qeyd edək ki, Braziliya millisi ilk oyununu iyunun 17-də İsveçrə yığmasına qarşı keçirəcək.