Braziliya millisini DÇ-2018-in İsveçrəyə qarşı matçına kapitan kimi "Real”ın müdafiəçisi Marselo çıxaracaq. Marselo dünən keçirilən mətbuat konfransında "Real”da vitse-kapitan olduğunu xatırladaraq təcrübəsinin Braziliyaya kömək edəcəyini söyləyib: "Kapitan təyin edilməyimdən məmnunam. Bu, mənim uşaqlıq arzum idi”.
Braziliya millisinin baş məşqçisi Tite bir neçə gün əvvəl bəyan edib ki, hazırkı kapitan Neymar zədəsini tam sağaltmayıb.
Xatırladaq ki, E qrupunun Braziliya – İsveçrə qarşılaşması bu gün Bakı vaxtı ilə saat 22.00-da başlanacaq.