Bakı Futbol Liqasından az büdcəli komandalara böyük güzəşt!

Bakı Futbol Liqasından az büdcəli komandalara böyük güzəşt!

Bakı Futbol Liqasının 2018/19 mövsümü üçün iyulun 15-dək davam edən qeydiyyatı tamamlayan komandalar daha az ödəniş etməklə 9 aylıq futbol bayramının iştirakçısı ola bilərlər.
Qeyd: "Endirimli qeydiyyat” hər hansı reklam xarakteri daşımır, çoxlu sayda istəklər nəzərə alınaraq daha az büdcəli komandaların liqadan kənarda qalmaması üçün belə komandalara mümkün qədər şərait yaradılır.
Ölkəmizdə futbolsevərlərin sevimlisinə çevrilmiş 8x8 formatlı futbolun təməlini qoyan Bakı Futbol Liqası 2017/18 mövsümünü uğurla başa vurmuş və çempion olan "İdman Azərbaycan” komandasını Rusiyaya Continental Football League-də iştirak etməyə göndərmişdi.
Bununla da BFL, həvəskar liqalar arasında öz çempionunu xaricə göndərərək beynəlxalq arenada ölkəmizi təmsil etmək haqqı verən ilk qurum olaraq ölkə tarixinə adını qızıl hərflərlə yazdırdı.
Bakı Futbol Liqasında meydanda hər komandadan 8 nəfər mübarizə aparır. Daha çox "böyük futbol”un qaydalarını özündə cəmləyən BFL iştirakçıların da rəğbətini qazanmışdır.