Alkoqol şirkətinin mükafatı qəbul olunmadı

Alkoqol şirkətinin mükafatı qəbul olunmadı
Misir millisinin qapıçısı Məhəmməd Əl-Şenavi DÇ-2018-in Uruqvayla matçı üçün layiq görüldüyü oyunun ən yaxşı futbolçusu mükafatından imtina edib. Rusiya mətbuatının məlumatına görə müsəlman qolkiper uduzduqları görüşdə qapıya gələn dörd zərbəni zərərsizləşdirdiyi üçün görüşün ən yaxşı oyunçusu seçilsə də, mükafatı qəbul etməyib. Səbəb kimi mükafatı təsis edənin alkoqol şirkəti olması göstərilir.