"Neftçi” PFK daha bir futbolçu ilə müqavilə müddətini artırıb. Ötən mövsüm komandamızın heyətində çıxış edən Emin Mahmudov daha 2 il ağ-qara formanı geyinəcək. Milli komandamızın da üzvü olan 26 yaşlı yarımmüdafiəçi ötən mövsüm 27 oyunda 2 qola imza atıb.Qeyd edək ki, bundan əvvəl Ruslan Abışov, Kirilo Petrov və Məhəmməd Mirzəbəyovla da müqavilə yenilənmişdi.