FİFA dünya çempionatının C qrupunda Fransa və Avstraliya yığmaları arasında baş tutan oyunda 3-cü qolun müəllifini dəyişib. Belə ki, Fransanın 81-ci dəqiqədə vurulan qələbə topu avtoqol kimi qeydə alınıb. Nəticədə qol fransalı Pol Poqbanın aktivindən çıxarılıb və avstraliyalı Aziz Behiçin passivinə yazılıb.