Bombardir "Neftçi"də

Bombardir "Neftçi"də
"Neftçi” PFK növbəti transferini reallaşdırıb. Komanda Baqali Dabo ilə müqavilə imzalayıb. Fransız futbolçu 2 il "Neftçi”nin uğurları üçün mübarizə aparacaq. 29 yaşlı hücumçu komandamızın heyətində 9 nömrəli formanı geyinəcək.
Fransanın "İvri”, "Kretey”, "İstr” komandalarında çıxış etmiş Baqali Dabo ötən mövsüm "Qəbələ”nin heyətində 27 oyunda 13 qol vurmaqla Premyer Liqanın ən yaxşı bombardiri olub.