Maradona Argentinanın baş məşqçisini sərt tənqid edib

Maradona Argentinanın baş məşqçisini sərt tənqid edib

Əfsanəvi futbolçu Dieqo Maradona İslandiya ilə oyunun heç-heçə (1:1) nəticələndiyinə görə Argentinanın baş məşqçisi Xorxe Sampaoliyə qarşı sərt ifadələr işlədib. Zəif oyuna görə futbolçuları deyil, məhz komandanı oyuna hazırlaya bilmədiyi üçün baş məşqçini təqsirləndirən Maradona fikrini belə ifadə edib: "Əgər çempionatda oyunlar belə davam edərsə, Sampaoli Argentinaya qayıda bilməyəcək”.