Argentinanın heyətini Messi formalaşdırır

Argentinanın heyətini Messi formalaşdırır

Dünya çempionatının ilk oyununda İslandiya ilə heç-heçə (1:1) oynayan Argentina yığması ciddi tənqid olunur. Eyni zamanda Lionel Messinin oyunundan və baş məşqçi Xorxe Sampaolinin fəaliyyətindən azarkeşlər narazıdır. Məlumatlara görə vəziyyətdən çıxış üçün Messi baş məşqçiyə Xorvatiya ilə oyunda heyətdə dəyişiklik aparılmasını bildirib.