DÇ-2018:Səudiyyə Ərəbistanının təyyarəsi göydə alovlandı

  DÇ-2018:Səudiyyə Ərəbistanının təyyarəsi göydə alovlandı

Səudiyyə Ərəbistanı yığmasını Rostova aparan təyyarə qəzaya uğrayıb. Rusiya mətbuatının məlumatına görə, təyyarə havada olarkən mühərrikində problem yarandığından qanadı alovlanıb. Bu baxmayaraq təyyarə uğurlu eniş edib və xəsarət alan olmayıb.
Qeyd edək ki, Uruqvay - Səudiyyə Ərəbistanı oyunu iyunun 20-də "Rostov Arena”da keçiriləcək.