"Son gedişlər bəzən qeyri-dəqiq olur. Biz 20 qol imkanı yaratdıq”. Bu sözləri Braziliya millisinin baş məşqçisi Tite deyib.Cənubi amerikalı mütəxəssis DÇ-2018-in İsveçrə ilə oyunundakı xal itkisi (1:1) barədə fikirlərini açıqlayıb: "Amma qapıdan yana vurduq. Lakin bunu futbolçuların yaxşı köklənməsi ilə izah etmək olmaz. Vurulan qoldan sonra komandamız əks-hücumlardan qaçırdı. Buna görə əvəzetmələrdən yararlandım. Qoldan sonra 15 dəqiqə rəqib ürəklə mübarizə apardı. Daha aktiv oynamalıyıq. Son 10 dəqiqədə təzyiq hiss edirdik. Qalib gəlmək istəyirdik, nəticədən narazıyıq”.