“Qarabağ” “Olimpiya Lyublyana” ilə qarşılaşacaq

“Qarabağ” “Olimpiya Lyublyana” ilə qarşılaşacaq

Iyunun 19-da İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının I və II təsnifat mərhələlərinin püşkü atılıb. Avropanın ən nüfuzlu klub turnirində Azərbaycanı təmsil edən "Qarabağ” komandası turnirin birinci təsnifat mərhələsində Sloveniyanın "Olimpiya Lyublyana” komandası ilə qarşılaşacaq.

Bu mərhələnin ilk qarşılaşmaları iyulun 10-11-də, cavab görüşləri isə bir həftə sonra keçiriləcək.