Qurban Qurbanov: “Bizə ən çətin və gözlənilməz rəqib düşdü”

Qurban Qurbanov: “Bizə ən çətin və gözlənilməz rəqib düşdü”

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov klubun feysbuk səhifəsinə açıqlamasında Çempionlar Liqasının I təsnifat mərhələsinin püşkatması ilə bağlı fikrini bildirib: "Belə rəqiblə qarşılaşmaya pley-off matçı kimi meydana çıxacağıq. Artıq bu gündən rəqibi analiz etməyə başlayacağıq ki, oyuna qədər maksimum hazır olaq. Əlimizdən gələni etməyə çalışacağıq. Bizə ən çətin və gözlənilməz rəqib düşdü”.