Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qatıldığı tədbirlərin birində Dünya Çempionatı barədə də danışaraq, Messi ilə Ronaldonu müqayisə edib: "Portuqaliyalı heç-heçə etsə də, mən həqiqətən Ronaldoya heyranam. "Messimi, Ronaldomu" desək, həqiqətən də Ronaldonu fərqli görürəm. Həl o matçda het-trik eməsi çox önəmli idi. Bu hər igidin işi deyil. O matçdakı performansı, xarakteri, inancı, həmçinin Fələstin məsələsindəki xarakteri, bunlar çox önəmlidi. Buna görə onu alqışlayıram".
Futbolarena.com saytının məlumatına əsasən Prezident daha sonra isə qeyd edib ki, mən Almaniyanın favorit olduğunu demişdim, amma yanıldım. İlk matçda yenildilər, işləri bir az çətinə düşdü. İndi bütün güclü olanlar yenilir. Almaniya uduzdu, Braziliyanın vəziyyəti ortadadı. Meksika yaxşı başladı. Bundan sonra da belə davam edər, bunu bilmirəm.