DÇ-2018: İlk qırmızı vərəqə

DÇ-2018: İlk qırmızı vərəqə

Rusiyada keçirilən dünya çempionatında ilk qırmızı vərəqə göstərilib. Kolumbiya - Yaponiya oyununda sloveniyalı baş hakim Kolumbiya yığmasının yarımmüdafiəçisi Karlos Sançesi 3-cü dəqiqədə meydandan qovub. Belə ki, Sançes özlərinə məxsus cərimə meydançasında topun qarşısını əllə kəsib. Yaponiya yığmasının futbolçusu Sindzi Kaqava penaltini dəqiq yerinə yetirib. Beləliklə oyun 2:1 hesabı ilə qonaq komandanın xeyrinə başa çatıb.