"Olimpiya"nın prezidenti: “Qarabağ”ın avrokuboklarda böyük təcrübəsi və uğurları var”
19:25 19.06.2018
13283
Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ”a rəqib olan "Olimpiya”nın prezidenti Milan Mandariç Sloveniya mətbuatına rəqiblə bağlı fikrini açıqlayıb: Biz son 10 ildə ən çətin oyunlarımızdan birinə çıxacağıq. "Qarabağ”la matç hansı səviyyədə olduğumuzu göstərəcək. Çünki "Qarabağ”ın avrokuboklarda böyük təcrübəsi və uğurları var".