Rəşad Sadıqov: “Əlimizdən gələnin maksimumunu etməyə çalışacağıq”
19:47 19.06.2018
19280
"Qarabağ”ın kapitanı Rəşad Sadıqov Çempionlar Liqasının birinci mərhələsində qarşılaşacaqları rəqiblə bağlı fikrini klubun "Feysbuk" səhifəsində açıqlayıb: "Çətin iki oyun olacaq "Olimpiya"nın gücü bəllidir, ölkəsinin çempionudur. Ciddi hazırlaşmalıyıq. Bu tipli qarşılaşmalarda bir səhv həlledici olur. Əlimizdən gələnin maksimumunu etməyə çalışacağıq ".