DÇ-2018: Baş məşqçi istefaya göndərilib

DÇ-2018: Baş məşqçi istefaya göndərilib

Misir Futbol Assosiasiyası milli komandanın argentinalı baş məşqçisi Ektor Kuperin istefaya göndərilməsi barədə qərar qəbul edib. Bu barədə verilən məlumatda qeyd olunub ki,   məşqçilər korpusu  Səudiyyə Ərəbistanı ilə son oyundan sonra tam heyətlə istefaya göndərilsin. E.Kuperin Misir yığmasından gedəcəyi barədə məlumatı "Al Youm 7” qəzetinə də təsdiq edən federasiya rəsmisi bildirib ki, söhbət heç də baş məşqçinin istefasından getmir, sadəcə olaraq onun başa çatacaq müqaviləsi uzadılmayacaq.Çünki yığma qrup mərhələsində Uruqvaya (0:1), Rusiyaya isə (1:3) məğlub olub.