On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası bu gündən iyulun 11-dək Bakıda təlim-məşq toplanışı və 2 yoldaşlıq oyunu keçirəcək.İranın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq komandamızın heyəti artıq məlumdur.
Qeyd edək ki, iyulun 7-də ilk yoldaşlıq oyunu "Dalğa Arena”da, üç gün sonra təşkil olunacaq ikinci matç isə Bakı Olimpiya Stadionunda keçiriləcək.