AFFA və Uşaq - Gənclər Futbol Federasiyasının təşkilatçılığı ilə Bərdədə 11-12 yaşlı uşaqlar arasında futbol turniri keçirilib.
Turnirdə Bərdə, Ağdam, Cəbrayıl, Ağcabədi, Tərtər, Xocalı, Füzuli və Xocavənd rayonlarını təmsil edən 8 komanda iştirak edib. Qalib Bərdə komandası olub. Ağdam ikinci, Cəbrayıl komandası isə üçüncü pilləni tutub. Sonda komandalara kubok və diplomlar təqdim edilib.