Misir milli komandasının kapitanı Essam əl-Hadari futbol üzrə dünya çempionatında ikinci görüşdə ev sahibi Rusiyaya 1:3 hesabı ilə məğlub olduqları üçün öz xalqından üzr istəyib. Qeyd edib ki, heç bir futbolçu və baş məşqçi uduzmaq istəməz. Növbəti mərhələyə yüksəlmək şanslarımızı qorumaq üçün qalib gəlmək niyyətində idik və bundan ötrü bütün futbolçular əllərindən gələni etdilər. Amma bu, futboldur və hərdən uğur sənin tərəfində olmur.