Ronaldo keçi saqqalı saxlamasının səbəbini açıqladı
14:25 21.06.2018
12205
Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo son günlərdə keçi saqqalı saxlaması ilə diqqət çəkir. Olimpnews.az saytının "A Bola”ya istinadən məlumatına görə, 33 yaşlı futbolçu qərarının səbəbini açıqlayıb. O, bildirib ki, keçi saqqalı uğur gətirir: "İspaniya matçından öncə saunada idik, birdən üzümü qırxmağa başladım. Sonra da komanda yoldaşlarıma dedim ki, İspaniya ilə oyunda qol vursam, turnirin sonuna kimi keçi saqqalı saxlayacam. Elə oldu ki, həm İspaniya ilə görüşdə, həm də ikinci turda fərqləndim. Mənə uğur gətirdi. Bu səbəbdən də saqqal saxlayıram”.