"Qarabağ” əzəmətli komandadır. Ancaq biz rəqibdən çox öz hazırlığımız barədə düşünməliyik”. Bu sözləri "Olimpiya”nın kapitanı Branko İliç deyib.Sloveniya klubunun müdafiəçisi yerli mətbuata açıqlamasında Çempionlar Liqasının I təsnifat mərhələsinin püşkatmasını dəyərləndirib.
O, həmçinin açıqlamasında "Qarabağ”ı favorit komanda hesab etsə də, növbəti mərhələ üçün ümidini itirmədiyini bildirib.