İranda qadınların kişilərlə bərabər stadionda futbol izləməsinə 39 ildən sonra icazə verilib.Bu, Tehranda, yerli stadionlardan birində DÇ-2018-in qrup mərhələsinin ikinci turunun İran-İspaniya oyununun (0:1) canlı yayımının təşkili zamanı baş verib. Görüşü izləmək üçün qadınlar həmin stadiona gediblər. Əvvəlcə onları içəri buraxmasalar da, oturaq etirazdan sonra tribunalar qadınların üzünə açılıb.
Beləliklə, İran hökuməti 1979-ci ildən bu yana ilk dəfədir ki, qadınlara kişilərlə birgə futbola baxmağa icazə verib.