Ağacan Abıyev: “Çox istəyərdim qalib İngiltərə millisi olsun

Ağacan Abıyev: “Çox istəyərdim  qalib İngiltərə millisi olsun

Milli Olimpiya Komitəsinin baş katibi, Milli Məclisin deputatı Ağacan Abıyev futbol üzrə dünya çempionatı ilə bağlı fikirlərini olimpnews.az saytına açıqlayıb: " Əvvəlcə hər bir azarkeşi futbol bayramı münasibəti ilə təbrik edirəm. Futbol hər zaman dünyada öz populyarlığını qoruyub saxlayıb. Milyardlarla azarkeş bu futbol bayramını çoxdandır ki, həsrətlə gözləyirdi. Təbii ki, mən də öz növbəmdə dünya çempionatının oyunlarını maraqla izləyirəm. Futbol deyəndə ağıla ilk olaraq futbolun yaradıcıları olan ingilislər gəlir. Bu gün dünyada 4-5 ölkə var ki, dünya və Avropa çempionatlarında sözün əsl mənasında hegemonluq edirlər. Mən çox istəyərdim ki, builki dünya çempionatının qalibi İngiltərə millisi olsun. Bu komandaya uzun illərdir ki, azarkeşlik edirəm. İngiltərə, Braziliya və Almaniya yığmalarını dünya çempionatının favoriti hesab edirəm. Fikrimcə, ilk üçlükdə elə bu komandalar yer alacaqlar.