UEFA"Qarabağ" və Sloveniyanın "Olimpiya" komandaları arasında futbol üzrə Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək hər iki oyunun vaxtını və stadionlarını açıqlayıb.Qurumun rəsmi saytının məlumata əsasən, ilk görüş iyulun 11-də Lyublyanadakı "Stojitse" stadionunda,Bakı vaxtı ilə saat 22:00-da,cavab oyunu isə iyulun 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda, yerli vaxtla saat 21:00-da başlayacaq.