Kazbek Tuayev: “Mən gözəl oyuna azarkeşlik edirəm”

Kazbek Tuayev: “Mən gözəl oyuna azarkeşlik edirəm”


Veteran futbolçu, AFFA-nın İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev DÇ-2018-in oyunlarına münasibətini "Olimpiya dünyası” qəzetinə və olimpnews.az saytına bildirib:"Dünya çempionatının başlamasını, hamı kimi mən də səbirsizliklə gözləyirdim. Demək olar ki, maraqlı oyunlar izləyirik. Hər bir oyun çox gərgin mübarizə şəraitində keçir. Bir neçə komanda var ki, sensasiyaya nail olublar. Rusiya millisi bu yarışın ev sahibidir. Onlar doğma azarkeşlər önündə oynayırlar. Bu onlar üçün əlavə stimuldur. Baxmayaraq ki, Rusiya millisi artıq 1/8 finala vəsiqəni təmin edib, amma bu o demək deyli ki, ruslar bu mundialda daha çox irəliləyə bilərlər. Sadəcə olaraq, Rusiya millisinin yer aldığı qrup digərləri ilə müqayisədə zəif idi. Bu da onların asanlıqla qrup lideri olmasına şans yaratdı. Düzünü desəm, mənim dünya çempionatında aşkar favoritim yoxdur. Mən gözəl oyuna azarkeşlik edirəm. İnanıram ki, çempionatının digər oyunları da maraqlı mübarizə şəraitində keçəcək”.