Nəzərdə tutduğu oyunu göstərə bilməyən Argentina yığmasına qarşı azarkeşlərin münasibəti son dərəcə sərtdir. Bu vəziyyət futbolçulara da ciddi təsir etməkdədir. Belə ki, millisinin hücumçusu Lionel Messi Xorvatiya yığmasına 0:3 məğlubiyyətdən sonra mix zonada heç bir jurnalistə açıqlama belə verməyib. Bununla yanaşı onun ailəsində də gərginlik yaşanır. Anası Seliya Kuççittinin açıqlamasında bu hal hiss etolunur. O Messinin, ünvanına səslənən tənqidlərə görə əziyyət çəkdiyini, hətta ağladığını bildirib. Qeyd edib ki, ailəmiz onu dəstəkləyir. Messi, həmçinin komanda yoldaşları çempion olmaq, ölkəmizə titul qazandırmaq istəyirlər. Tənqidlərə görə çox əziyyət çəkirik. Messinin, üzərinə düşən məsuliyyəti dərk etmədiyini deyirlər. Bu, doğru deyil. Kaş onlar da Leoya bizim nəzər nöqtəmizdən baxa bilərdilər. O, həqiqətən də əziyyət çəkir, hətta ağlayır. Tənqidlər həm onu, həm də bizi incidir.