Misir Futbol Federasiyasının prezidenti Hani Abu-Rida bildirib ki, rəhbərlik etdiyi qurum ölkə komandasının DÇ-2018-də Rusiya milli yığması ilə keçirdiyi görüşün (1:3) hakimi Enrike Kaseresdən şikayət edəcək. Çünki hakim bir sıra ədalətsiz qərarlar verib. Belə ki, o, Mərvan Mohsen cərimə meydançasında yıxılanda VAR sistemindən istifadə etməyib. Halbuki həmin halda cərimə zərbəsi təyin edilməli idi. Eyni zamanda Əhməd Fəthinin avtoqolu zamanı ona qarşı kobudluq edilib. Biz hüququmuzdan istifadə edirik və müvafiq araşdırma aparılmasını tələb edirik.