Fərid Mansurov: “Dünya çempionatını Hollandiya və İtaliyasız təsəvvür etmək çox çətindir”

Fərid Mansurov: “Dünya çempionatını Hollandiya və İtaliyasız təsəvvür etmək çox çətindir”


Gənclər və İdman Nazirliyinin idman şöbəsinin rəisi Fərid Mansurov DÇ-2018-lə bağlı fikirlərini "Olimpiya dünyası” qəzetinə və olimpnews.az saytına açıqlayıb: " Uşaqlıqdan eşidirik ki, braziliyalılar güclü futbol oynayır. Bununla bağlı olaraq da istər-istəməz o millliyə simpatiyam var. Bu komandanın oyunlarını hər zaman böyük həvəslə izləyirəm. Fikrimcə, Braziliya ilə yanaşı, Fransa və Almaniya millilərinin də çempion olmaq şansı böyükdür. Düşünürəm ki, elə bu üç komanda çempionluğa əsas namizəddirlər. Lakin etiraf edim ki, dünya çempionatını Hollandiya və İtaliyasız da təsəvvür etmək çox çətindir”.