Millimiz turnirə qələbə ilə başlayıb

Millimiz turnirə qələbə ilə başlayıb

Çimərlik futbolu üzrə Avropa Liqası (Euro Beach Soccer League Baku 2018) turnirində I turun oyunları keçirilib.
Fransa yığması ilə qarşılaşan Azərbaycan millisi 4:1 hesabı ilə qələbə qazanıb. Komandamızın heyətində Asif Zeynalov het-trik edib, digər qolu isə Əbdül Əliyev vurub. Turun digər oyunlarının nəticəsini diqqətinizə çatdırırıq:
İsveçrə - Ukrayna 4:5
Portuqaliya – Belarus 3:2
Almaniya – İtaliya 0:3